Mehman Baxışov Müdafiə Sənayesi nazirinin müavini olub
Prezident İlham Əliyev Müdafiə Sənayesi naziri Mədət Quliyevə müavin təyin edilməsi barədə Sərəncam imzalayıb. AYNA xəbər verir ki, Sərəncama əsasən, bu vəzifəyə Mehman Abbas oğlu Baxışov təyinat alıb.
O, 1959-cu il iyul ayının 28-də Abşeron rayonunun Altı-Agac kəndində anadan olub. M.Baxışov Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2008-ci il tarixli Sərəncamı ilə "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilib.
Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2013-ci Sərəncamı ilə Mehman Baxışova general-mayor hərbi rütbəsi verilib.