Prezident “Avropa Siyasi Birliyi”nin 7-ci Zirvə toplantısının açılışında iştirak edib (YENİLƏNİB)

Xəbərlər

02.10.2025 - 15:36

Danimarkanın Baş naziri Mette Frederiksen İlham Əliyevi qarşılayıb

Oktyabrın 2-də Danimarkanın paytaxtı Kopenhagen şəhərində “Avropa Siyasi Birliyi”nin 7-ci Zirvə toplantısının açılış mərasimi keçirilib.

AYNA.AZ xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.

Danimarkanın Baş naziri Mette Frederiksen Azərbaycan Prezidenti İlham Əliyevi, Zirvə toplantısında iştirak edən digər dövlət və hökumət başçılarını qarşılayıb.

Qeyd edək ki, “Avropa Siyasi Birliyi”nin 7-ci Zirvə toplantısında ümumilikdə 50-yə yaxın ölkədən dövlət və hökumət başçıları iştirak ediblər.

Plenar iclaslarda və ondan sonra keçiriləcək dəyirmi masalarda Avropadakı ümumi təhlükəsizlik vəziyyəti, Rusiya-Ukrayna müharibəsi, iqtisadi təhlükəsizlik, miqrasiya, ənənəvi və hibrit təhlükələr kimi mövzular müzakirə olunub.

“Avropa Siyasi Birliyi” təhlükəsizlik, iqtisadi sabitlik, demokratik idarəetmə kimi sahələrdə əməkdaşlığı gücləndirmək məqsədilə həm Avropa İttifaqı daxilində, həm də ondan kənarda kiçik və böyük ölkələr arasında siyasi-iqtisadi koordinasiyanı təşviq etməyə yönəlmiş hökumətlərarası platformadır. Birliyin məqsədi ümumi maraq doğuran məsələlərin həlli üçün siyasi dialoqu və əməkdaşlığı inkişaf etdirmək, Avropa qitəsinin təhlükəsizliyini, sabitliyini və rifahını gücləndirməkdir.

Prezident “Avropa Siyasi Birliyi”nin 7-ci Zirvə toplantısının açılışında iştirak edib Prezident “Avropa Siyasi Birliyi”nin 7-ci Zirvə toplantısının açılışında iştirak edib Prezident “Avropa Siyasi Birliyi”nin 7-ci Zirvə toplantısının açılışında iştirak edib Prezident “Avropa Siyasi Birliyi”nin 7-ci Zirvə toplantısının açılışında iştirak edib Prezident “Avropa Siyasi Birliyi”nin 7-ci Zirvə toplantısının açılışında iştirak edib Prezident “Avropa Siyasi Birliyi”nin 7-ci Zirvə toplantısının açılışında iştirak edib Prezident “Avropa Siyasi Birliyi”nin 7-ci Zirvə toplantısının açılışında iştirak edib
Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş