Poltavaya raket zərbəsi endirilib

Dünya

09.04.2024 - 16:31

cedabet Klinikalar SEO Xidməti

Bir nəfər ölüb, on nəfər yaralanıb: yaralananlardan üçü uşaqdır

Aprelin 9-na keçən gecə Rusiya hərbçiləri Poltavaya raket hücumu həyata keçirib. AYNA Ukrayna mediasına istinadən bildirir ki, bu barədə Poltava vilayət hərbi administrasiyasının rəhbəri Filip Pronin deyib.

Pronin bildirib ki, bir nəfər ölüb, on nəfər yaralanıb. Onun sözlərinə görə, yaralananlardan üçü uşaqdır.

Adminstrasiya rəhbəri iddia edir ki, zərbə mülki binaya dəyib, onun damı qismən dağılıb.

Proninin sözlərinə görə, binada yanğın baş verib, bir neçə qonşu evə də ziyan dəyib.

Ukrayna Hərbi Hava Qüvvələri ötən gecə Krivoy Roq, Dnepr yaxınlığındakı Kamenski istiqamətində və Ukraynanın qərb vilayətlərinə doğru uçan “Şahed” tipli hücum pilotsuz təyyarələri, həmçinin ilhaq edilmiş Krımdan buraxılan yeni pilotsuz uçuş aparatları barədə məlumat yayıb.

Daha sonra Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiyanın atdığı 20 “Şahed”in hamısının vurulduğunu bildirib. Pilotsuz təyyarələr Nikolaev, Odessa, Xerson, Dnepropetrovsk, Poltava, Vinnitsa və Lvov vilayətlərinə uça bilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş