Kosiniyak-Kamış Şmıqalla görüşmək üçün Kiyevə gələcək
Polşanın müdafiə naziri Vladislav Kosiniyak-Kamış Ukrayna ilə hərbi əməkdaşlığın genişləndirilməsi ilə bağlı danışıqlar aparmaq üçün Kiyevə gedəcək. AYNA.AZ xəbər verir ki, bu barədə “Wydarzenia” qəzeti məlumat yayıb.
“Vladislav Kosiniyak-Kamış Polşa Müdafiə Nazirliyi və Polşa Silahlı Qüvvələrinin nümayəndə heyəti ilə Kiyevə səfər edəcək və burada o, digər məsələlərlə yanaşı, hərbi əməkdaşlıq və Ukraynanın müdafiəsinə gələcək dəstəyi müzakirə edəcək”, - məlumatda qeyd olunub.
Səfər zamanı Polşanın müdafiə nazirinin ukraynalı həmkarı Denis Şmıqalla görüşməyi planlaşdırdığı bildirilib. Danışıqların mərkəzi mövzusu döyüş vəziyyətində pilotsuz uçuş aparatlarının (PUA) istifadəsi üzrə mütəxəssislərin hazırlanması olacaq.