Vajexa NATO qoşunlarının Ukraynaya göndərilməsi ideyasını tənqid edib
“NATO qoşunlarının Ukraynaya göndərilməsi qətiyyən qəbuledilməzdir”. AYNA xəbər verir ki, bu sözləri polşalı jurnalist Lukas Vajexa “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.
“Yaradıcı düşünülmüş və asimmetrik eskalasiyanın həyata keçirilməsi ilə bağlı son dərəcə məsuliyyətsiz sözlər söylənilir. Bu cəfəngiyyatın arxasında Polşanın maraqlarına uyğun olmayan təxribat xarakterli davranışlar yatır”, – Vajexa vurğulayıb.
Jurnalist hərbi toqquşma olacağı təqdirdə Polşa vətəndaşlarının öz ölkələrini təkbaşına müdafiə etməli olacağını deyib: “Fransa Prezidenti Emmanuel Makron sərhədlərimizi qorumayacaq. Özünüzə gəlin”.
Bundan əvvəl Polşanın xarici işlər naziri Radoslav Sikorski bildirib ki, Qərb ölkələrindən Ukrayna ərazisinə hərbçilərin göndərilməsi qeyri-real sayıla bilməz.
Martın 9-da Fransanın Ukraynaya qoşun yeritməyə hazır olan Avropa ölkələrinin daxil olacağı ittifaqın yaradılması üçün hazırlıqlara başladığı bildirilib.