Polşa ukraynalı qaçqınlara yardımı dayandıracaq?

Dünya

25.01.2024 - 12:34

cedabet dərman SEO Xidməti

Polşa rəsmiləri: “Ukraynalıların ölkələrinə qayıtmasına heç nə mane olmur, ona görə də onların müdafiəyə ehtiyacı yoxdur”

Polşa ukraynalı qaçqınlar üçün xüsusi müdafiə rejimini yalnız 2024-cü ilin sentyabr ayının sonuna qədər uzatmağı planlaşdırır. Bundan sonra yardımlar kəsiləcək. AYNA xəbər verir ki, bu barədə “Rzeczpospolita” yazıb.

Polşa rəsmiləri nəşrə açıqlamalarındam mövqelərini onunla izah ediblər ki, ukraynalıların ölkələrinə qayıtmasına heç nə mane olmur, ona görə də onların müdafiəyə ehtiyacı yoxdur.

Qeyd edək ki, Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsi başladıqdan sonra Polşada qaçqınlara dəstək üçün xüsusi mexanizm tətbiq edilib. İndi onu tənzimləmək, yaxud da ölkəni tərk edən ukraynalılar üçün sosial müdafiəni ləğv etmək təklif olunur. Bundan əlavə, səlahiyyətlilər uşaqlar üçün ödənişləri azaltmaq istəyirlər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş