Polşa hava məkanını pozduğuna görə Rusiya səfirinə etiraz notası təqdim edəcək
Polşa Xarici İşlər Nazirliyi (XİN) Rusiyanın Varşavadakı səfiri Sergey Andreyevi çağırmağı və ona ölkənin hava məkanının Rusiya raketi ilə pozulması ilə bağlı etiraz notası verməyi planlaşdırır. AYNA “Onet.pl” portalına istinadən xəbər verir ki, bunu ölkənin xarici işlər nazirinin müavini Anjey Şeyna deyib.
Qeyd edək ki, martın 24-də səhər saatlarında Polşa Müdafiə Nazirliyi Rusiya raketinin hava məkanını pozduğunu açıqlayıb. Raket Ukrayna ilə sərhəddə yerləşən Oserdov şəhəri yaxınlığında aşkarlanıb və 39 saniyə ərzində Polşa ərazisi üzərində qalıb.
Polşa XİN-in mətbuat katibi Pavel Vronski vurğulayıb ki, Varşava ölkənin hava məkanını pozan qanadlı raketlə bağlı insidentdən sonra Rusiyadan izahat tələb edəcək.