Polşa Prezidenti dövlət mediasının maliyyələşdirilməsi ilə bağlı qanuna veto qoyub

Dünya

24.12.2023 - 19:53

cedabet dərman SEO Xidməti

Andjey Duda: “Biz Konstitusiyanın və demokratik hüquqi dövlət prinsiplərinin kobud şəkildə pozulmasına yol verə bilmərik”

Polşa Prezidenti Anjey Duda yeni hökumətin nəzarətə götürməyə çalışdığı dövlət mediasının maliyyələşdirilməsi haqqında qanuna veto qoyub. AYNA xəbər verir ki, bu barədə Prezident özünün “X” sosial şəbəkə hesabında yazıb.

Dövlət başçısı 2024-cü ilin büdcə qanununa üç milyard zloti ayrılmasını nəzərdə tutan qanuna veto qoymaq qərarına gəldiyini bildirib.

“Biz Konstitusiyanın və demokratik hüquqi dövlət prinsiplərinin kobud şəkildə pozulmasına yol verə bilmərik. Media ilk növbədə vicdanla və qanuna uyğun şəkildə fəaliyyət göstərməlidir”, - Duda vurğulayıb.

Prezident əlavə edib ki, indiki şəraitdə parlament çoxluğunun büdcə qanununun köməyi ilə dövlət mediasını maliyyələşdirmək cəhdi qəbuledilməzdir.

Duda daha əvvəl demişdi ki, dövlət mediasında islahatlar anarxiyaya bərabərdir. Onun sözlərinə görə, dövlət mediasının rəhbərlərini dəyişmək üçün yeni hökumət lazımi qanunları qəbul etməlidir.

Baş nazir Donald Tuskun yeni hökuməti dövlət televiziyası (TVP), Polşa radiosu və ölkənin xəbər agentliyinə (PAP) nəzarəti ələ keçirməyə cəhd edib. Qeyd olunur ki, sözügedən mətbu orqanları bu il parlament seçkilərindən sonra hakimiyyəti itirmiş Qanun və Ədalət (PİS) Partiyasının tərəfdarları idarə edir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş