Ukraynanın mart ayının sonuna qədər vəsait çatışmazlığı ilə üzləşməsi gözlənilir
ABŞ-ın İrana qarşı əməliyyatı Avropa İttifaqının (Aİ) diqqətini Ukraynadan qismən yayındırıb. AYNA.AZ xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.
Nəşrin məlumatına görə, ötən həftə Macarıstanın Ukraynaya 90 milyard avroluq "müharibə krediti" verməsinə qoyduğu qadağanı necə aradan qaldırmağı fəal şəkildə müzakirə edən Aİ indi diqqətini ABŞ-ın İrana qarşı əməliyyatına yönəldib.
Qeyd olunub ki, nəticədə Ukraynanın mart ayının sonuna qədər vəsait çatışmazlığı ilə üzləşməsi gözlənilir.
Qeyd edək ki, Rusiya nefti 27 yanvardan bəri Macarıstana tədarük edilmir. Budapeşt artıq boru kəmərinin bərpa olunduğunu və Kiyevin siyasi səbəblərə görə onu blokladığını bildirib. Buna görə də Macarıstan Ukraynaya dizel yanacağı tədarükünü dayandırmaqla və Aİ-nin ona 90 milyard avroluq "müharibə krediti" verməsinə icazə verməkdən imtina etməklə cavab tədbirləri görüb.