““Gürcü arzusu” getdikcə qeyri-liberal dönüşün bir hissəsi olaraq Rusiya ilə əlaqələri artırır”
ABŞ Konqresi “Xarici agentlər” haqqında qanuna görə gürcü siyasətçilərinə qarşı sanksiyaların tətbiqini nəzərdə tutan yeni qanun layihəsinə baxacaq. AYNA xəbər verir ki, bu barədə “Politico” internetə sızan qanun layihəsinin mətninə istinadən məlumat yayıb.
“Qanun layihəsinin mətnində bildirilir ki, hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” Partiyası getdikcə qeyri-liberal dönüşün bir hissəsi olaraq Rusiya ilə əlaqələri artırır.
“Rəsmi Tiflis ABŞ və Qərbin demokratiyanı təşviq edən təşkilatlarına, eləcə də yerli və beynəlxalq vətəndaş cəmiyyətinə açıq hücumlar edib, eyni zamanda, xüsusən Rusiya ilə, həm də Çinlə əlaqələri genişləndirməyə çalışır”, - agentlik yazıb.
Prosesə yaxın mənbənin bildirdiyinə görə, konqresmen Co Uilson qanun layihəsini bu gün Konqresə təqdim edəcək. Qanunun şərtləri ABŞ-ın yüksək rütbəli məmurlarından “Gürcüstanda yersiz siyasi təsir və elit korrupsiyanın nüvələri”, habelə Rusiya və Çin kəşfiyyatının iddia edilən fəaliyyətləri haqqında Konqresə məlumat verməyi tələb edir.
Bundan əvvəl Avropa İttifaqı “Xarici agentlər” haqqında qanun qəbul olunarsa, Gürcüstanın təşkilata üzvlük müraciətini donduracağını bildirmişdi.