Polis polkovniki koronavirusdan vəfat edib

Xəbərlər

26.07.2020 - 13:29

cedabet dərman SEO Xidməti

İlham Rəcəbov Əhməd Əhmədzadənin kürəkənidir

 

Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini, Qeydiyyat İmtahan İdarəsinin rəisi, polkovnik İlham Rəcəbov dünyasını dəyişib.

 

AYNA avtosfer.az-a istinadən xəbər verir ki, İlham Rəcəbov bir neçə gün əvvəl müalicə üçün Türkiyəyə aparılıb. Lakin həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, rəis müavini təxminən bir ay əvvəl koronovirusa yoluxmuşdu. Müalicəsi Azərbaycanda davam etsə də vəziyyəti pisləşdiyi üçün Türkiyəyə aparılmışdı.

 

Onu da bildirək ki, polkovnik İlham Rəcəbov Melorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadənin kürəkəni idi.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş