Polis 10 avtomat, 79 tüfəng, 4 qumbara aşkarlayıb

Xəbərlər

16.01.2026 - 12:43

Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir. AYNA.AZ xəbər verir ki, bu barədə DİN-dən bildirilib.

Yanvarın 15-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 10 avtomat silahı, 2 tapança, 4 qumbara, 6 alışdırıcı, 79 tüfəng, 7 patron darağı və 571 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş