Rüştü Rəcbər koronavirusa yoluxub

İdman

29.03.2020 - 12:12

Həkimlər Klinikalar SEO Xidməti

Daha bir futbolçuda koronavirus aşkarlanıb

 

Türkiyə futbolunun əfsanəvi qapıçısı Rüştü Rəcbər koronavirusa yoluxub. AYNA xəbər verir ki, bu barədə futbolçunun həyat yoldaşı Işıl Rəcbər sosial şəbəkə hesabında məlumat verib.

 

"Təəssüf hissiylə qeyd etmək istəyirəm ki, həyat yoldaşım Rüştünü COVİD-19-a yoluxduğu üçün xəstəxanaya aparmışıq. Allah mənim dəyərli həyat yoldaşımla bərabər bütün xəstələrə tezlikkə şəfa versin. Tək istəyim odur ki, insanlar belə məqamda vicdanlı olsun və biri-birlərinə hört etsinlər. Dualarınızı əsirgəməyin", - deyə futbolçunun həyat yoldaşı bildirib.

Müəllif: Mərahim Nəsib