PKK Türkiyədən tamamilə çəkildiyini açıqlayıb

Dünya

26.10.2025 - 14:41

Terror təşkilatı bəyanat yayıb

PKK terror təşkilatı Türkiyədən tamamilə çəkilir. AYNA.AZ Türkiyə mediasına istinadən bildirir ki, bu barədə terror təşkilatı bəyanat yayıb.

Qeyd edək ki, “Terrorsuz Türkiyə” prosesinin konkret addımı iyulun 11-də İraq Kürd Regional İdarəsinin sərhədləri daxilində yerləşən Süleymaniyyə şəhərində atılıb.

Türkiyənin Milli Təhlükəsizlik Təşkilatının (MİT) koordinasiyasında planlaşdırılan və diqqətlə izlənilən toplantı üçün Diyarbakırdan 150 nəfərlik qrup Şimali İraqa yola düşüb. Heyətdə Türkiyədə fəaliyyət göstərən DEM Parti müxalif partiyasının nümayəndə heyəti və bəzi qeyri-hökumət təşkilatlarının nümayəndələri də yer alıb.

PKK terror təşkilatının ilk qrupu iyulun 11-də silahlarını təhvil verərək yandırıb. Tərksilah olanlar arasında PKK rəhbərlərindən biri Bese Hozat da olub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş