PKK terror təşkilatı tərəfindən qaçırılan qız ailəsinə qovuşub

Dünya

27.12.2019 - 17:30

Həkimlər Klinikalar SEO Xidməti

Mekiye Kaya aparılan danışıqlardan sonra Şırnak əyalətinin Silopi şəhərinə gətirilib

 

HDP Diyarbəkir təşkilatının binası qarşısında 3 sentyabr tarixindən başlayan və hələ də davam edən etiraz aksiyasının 117-ci günündə etiraz edən analardan biri olan Hüsniyyə Kaya övladına qovuşub. AYNA xəbər verir ki, övladı üçün etiraz aksiyası keçirən Hüsniyyə Kaya qızının təslim olduğunu Türkiyənin Daxili İşlər Naziri Süleyman Soyludan öyrənib. 

 

5 il əvvəl 14 yaşındaykən PKK terror təşkilatı tərəfindən qaçırılaraq Suriyaya aparılan Mekiye Kaya 21 dekabr tarixində PKK-dan qaçaraq Ərbildə yerləşən İraq Kürd Regional Muxtariyyətinə tabe olan təhlükəsizlik qüvvələrinə təslim olub. Mekiye Kaya aparılan danışıqlardan sonra Şırnak əyalətinin Silopi şəhərinə gətirilib. 

 

Ailəyə sevincli xəbəri Türkiyənin Daxili İşlər Naziri Süleyman Soylu verib. Türkiyənin Daxili İşlər Naziri Süleyman Soylu, Mekiyenin anası Hüsniyyə Kaya ilə əlaqə saxlayaraq qızının Türkiyəyə gətirildiyini və gündüz saatlarında ailəsinə təhvil veriləcəyini söyləyib. Süleyman Soylunun verdiyi xəbəri eşidən Hüsniyyə Kaya, “5 ildir nə gecəmiz var, nə də gündüzümüz. Allah dövlətimizdən razı olsun. Prezidentimiz Rəcəb Tayyib Ərdoğana, Daxili İşlər Nazirimiz Süleyman Soyluya və əməyi keçən hər kəsə təşəkkür edirəm. Evimizdə bayram havası var, qızımı görmək istəyirəm. Dövlətimiz güclüdür, Allah razı olsun.” - deyə bildirib. 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş