Pirotexniki vasitələr satan daha 4 nəfər saxlanılıb

Xəbərlər

23.12.2025 - 11:42

4 nəfər müəyyən edilərək saxlanılıb

Polis əməkdaşları tərəfindən ölkə ərazisində pirotexniki vasitələrin satışını təşkil edən şəxslərə qarşı növbəti tədbirlər həyata keçirilib.

Daxili İşlər Nazirliyindən (DİN) AYNA.AZ-a verilən məlumata görə, paytaxt və bölgələrdə təşkil olunan tədbirlər nəticəsində pirotexniki vasitələrin satışı ilə məşğul olan daha 4 nəfər müəyyən edilərək saxlanılıb. Onlardan müxtəlif növ yüksək səs və işıq effekti yaradan pirotexniki vasitələr aşkarlanıb.

Polis əməkdaşları tərəfindən pirotexniki vasitələrin satışının qarşısının alınması sahəsində tədbirlər davam etdirilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş