Pezeşkian Trampa məktub göndərib

Dünya

25.11.2025 - 14:45

Məktubu ABŞ Prezidentinə Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman çatdırıb

İran Prezidenti Məsud Pezeşkian ABŞ Prezidenti Donald Trampa məktub göndərib. AYNA.AZ-ın "Azad İran" “Telegram” kanalına istinadən verdiyi məlumata görə, bu barədə İran Parlamentinin keçmiş üzvü Mustafa Kevakabiyan bildirib.

Onun sözlərinə görə, məktubu ABŞ Prezidentinə Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman çatdırıb.

M.Kevakabiyan qeyd edib ki, məktubda dialoq çağırışı edilib, İranın "təslim olmağa əsaslanan danışıqları qəbul etmədiyi" və "bərabər şərtlərlə" müzakirələrə başlamağa hazır olduğu vurğulanıb.

Keçmiş deputat əlavə edib ki, mesajı çatdırdıqdan sonra Tramp dərhal ABŞ-ın danışıqlara hazır olduğunu bəyan edib: "Bu, İranın müharibə aparmaq niyyətinin olmamasını və dinc dialoqa açıq olduğunu göstərir".

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş