İran Prezidenti Azərbaycan liderinə başsağlığı verib
İran Prezidenti Məsud Pezeşkian dekabrın 26-da Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. AYNA xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidmətindən bildirilib.
İran Prezidenti təyyarə qəzası nəticəsində insanların həlak olması ilə bağlı Azərbaycan Prezidentinə və həlak olanların ailə üzvlərinə başsağlığını çatdırıb, yaralananların tezliklə şəfa tapmasını diləyib.
Prezident İlham Əliyev göstərilən diqqətə və başsağlığına görə minnətdarlığını bildirib.