Peyvənd olunanların sayı açıqlanıb

Cəmiyyət

10.06.2023 - 18:34

COVID-19 əleyhinə vaksinasiya davam edir

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 58 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 25, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 7, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 25, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 1 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 966 126, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 411 685, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 883 970, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 404 224, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 266 247 nəfər təşkil edir.

 

 

Müəllif: Ayna.az