Peyvənd olunanların sayı açıqlanıb

Cəmiyyət

07.12.2022 - 20:49

COVID-19 əleyhinə vaksinasiya prosesi davam edir

Azərbaycanda son sutkada 238 nəfər vaksinasiya olunub. AYNA xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Gün ərzində birinci doza vaksinlərin sayı 58, ikinci doza vaksinlərin sayı 34 təşkil edib.

Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 120-dir. Pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 26 olub.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 924 634 olub.

Müəllif: Ayna.az