Minimum aylıq əməkhaqqının məbləği 180 manatdan 250 manata çatdırılıb
Prezident İlham Əliyevin cari ilin 18 iyun tarixində imzaladığı müvafiq sərəncamda göstərildiyi kimi, sentyabrın 1-dən etibarən ölkə üzrə ödənilən minimum əməkhaqqı artır.
AYNA xəbər verir ki, sərəncama əsasən cari il sentyabrın 1-dən minimum aylıq əməkhaqqının məbləği artırılaraq 180 manatdan 250 manata çatdırılıb.
Qeyd edək ki, minimum əməkhaqqının artımı 950 minədək vətəndaşı əhatə edəcək.