Petr Pavel: “Qərb Ukraynanı dəstəkləmək vədlərinə əməl etmir”

Dünya

28.11.2023 - 12:51

Həkimlər Klinikalar SEO Xidməti

“Hazırkı sursat tədarükü Ukraynanın aktiv hərbi əməliyyatları davam etdirməsinə imkan vermir”

“Qərb Ukrayna ordusunun artilleriya mərmiləri ilə təchizatı məsələsində verdiyi vədlərə əməl etməyib, F-16 üçün pilotların hazırlığı lazımi tempdə getmir”. AYNA xəbər verir ki, bu sözləri Çexiya Prezidenti Petr Pavel İtaliyanın “Corriere della Sera” qəzetinə müsahibəsində deyib.

Onun sözlərinə görə, hazırkı sursat tədarükü Ukraynanın aktiv hərbi əməliyyatları davam etdirməsinə imkan vermir: “Hətta Ukraynanı dəstəkləyən ölkələrdə də qeyri-müəyyənlik artır. Bu, ukraynalılar arasında məyusluğun artmasına səbəb olacaq”.

Pavel vurğulayıb ki, tədarüklə bağlı bu cür qeyri-müəyyənlik Kiyevdə yalnız hərbi planlaşdırmaya mane olur: “Bu il uğur üçün zəmin yaradılmasında həlledici əhəmiyyətə malikdir. 2024-cü ildə bu, daha çətin olacaq”.

Qeyd edək ki, bundan əvvəl P.Pavel Ukraynanın əks-hücumunun gözlənildiyi kimi getmədiyini söyləyib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş