Kreml rəsmisi növbəti Rusiya Prezidentinin necə olması ilə bağlı sualı cavablandırıb
“Rusiyanın növbəti lideri indiki Prezident Vladimir Putin kimi olmalıdır”. AYNA rus mediasına istinadən bildirir ki, bu sözləri Kremlin sözçüsü Dmitri Peskov deyib.
Peskov növbəti Rusiya Prezidentinin necə olması ilə bağlı sualı cavablandırarkən, "Putin kimi" ifadəsini səsləndirib.
Xatırladaq ki, bir müddət əvvəl Kreml rəsmisi Prezident Vladimir Putinlə seçkilərdə kiminsə rəqabət apara biləcəyi ehtimalının az olduğunu söyləmişdi.
Qeyd edək ki, gələn ilin mart ayında Rusiyada prezident seçkilərinin keçiriləcəyi gözlənilir.