“NATO hərbi infrastrukturunu genişləndirərək Rusiya sərhədlərinə doğru irəliləməyə davam edir”
“Rusiya ilə NATO arasında münasibətlər birbaşa qarşıdurma səviyyəsinə düşüb”. AYNA TASS-a istinadən bildirir ki, bu sözləri Kremlin mətbuat katibi Dmitri Peskov deyib.
“Əslində indi bu münasibətlər birbaşa qarşıdurma səviyyəsinə düşüb. NATO ölkələri, Alyansın özü artıq Ukrayna münaqişəsində iştirak edir”, Peskov qeyd edib.
Kreml rəsmisi vurğulayıb ki, NATO hərbi infrastrukturunu genişləndirərək Rusiya sərhədlərinə doğru irəliləməyə davam edir.