Peskov: “Putin sabah Uitkoffla görüşməyi planlaşdırır”

Dünya

21.01.2026 - 17:02

"Biz sabah belə bir görüşü gözləyirik. Və bu, sabah baş tutacaq"

Rusiya Prezidenti Vladimir Putin sabah ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoffla görüşməyi planlaşdırır. AYNA.AZ xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov TASS- a deyib.

"Biz sabah belə bir görüşü gözləyirik. Və bu, sabah baş tutacaq", - deyə o bildirib.

Uitkoff əvvəllər Rusiya lideri ilə Moskvada görüşəcəyini açıqlamışdı . O yanvarın 22-də ABŞ Prezidentinin kürəkəni Cared Kuşnerlə birlikdə Rusiyaya səfər edəcəyini bildirmişdi .

2 dekabr 2025-ci ildə Putin və Uitkoff Kremldə görüşüblər. Görüş təxminən beş saat davam edib. Rusiya və Amerika tərəfləri Ukraynadakı münaqişənin həlli üçün bir neçə planı müzakirə ediblər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş