“Hindistanın Baş naziri Prezident Putinlə söhbətində sülh təşəbbüsünü irəli sürməyib”
Hindistanın Baş naziri Narendra Modi Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı zamanı Ukraynadakı münaqişənin həlli üçün öz sülh təşəbbüsünü irəli sürməyib. AYNA TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Hindistanın Baş naziri Prezident Putinlə söhbətində sülh təşəbbüsünü irəli sürməyib”, - Kremlin sözçüsü bildirib.
Avqustun 27-də Dmitri Peskov Putinin Modi ilə telefonla danışdığını bildirib. Hindistanın Baş naziri Kiyevə səfəri barədə Rusiya liderini məlumatlandırıb. O, Ukrayna münaqişəsinin həllinə “kömək etməyə hazır olduğunu və töhfə vermək istədiyini” bildirib.