Peskov: Kreml İsrail və HƏMAS-la dialoqu zəruri sayır”

Dünya

27.10.2023 - 17:42

cedabet dərman SEO Xidməti

“Həm İsrail, həm də HƏMAS ilə təmasları davam etdirmək lazımdır”

“Rusiya tərəfi Yaxın Şərqdə münaqişənin bütün tərəfləri ilə dialoqu davam etdirməyi zəruri hesab edir: həm İsrail, həm də HƏMAS-la”. AYNA “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Biz bütün tərəflərlə təmaslarımızı davam etdiririk və zəruri hesab edirik. Təbii ki, İsraillə dialoqumuzu davam etdirəcəyik”, - Kreml rəsmisi bildirib.

Bundan əvvəl Peskov Fələstinin HƏMAS qruplaşmasının Moskvaya səfəri ilə bağlı İsrailin qəzəbli reaksiyasına münasibət bildirərək deyib ki, nümayəndə heyətinin Kremllə heç bir əlaqəsi yoxdur: “Əlaqələr Xarici İşlər Nazirliyi vasitəsilə olub”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş