Peskov: “İsraildə nizamlanmadan danışmaq tezdir, münaqişə qızğın mərhələdədir”

Dünya

11.10.2023 - 16:24

cedabet dərman SEO Xidməti

Kreml rəsmisi həmçinin terror hücumlarını və qeyri-mütənasib güc tətbiqini dayandırmağa çağırıb

“İsrail və Fələstin arasında münaqişə qızğın mərhələdədir. Ona görə də Rusiyanın onun həllində mümkün rolu barədə danışmaq hələ tezdir”. AYNA rus mediasına istinadən bildirir ki, bu sözləri Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

"Hələlik nizamlanmadakı rol və onun nəticələri barədə danışmaq tezdir, çünki münaqişə qaynar müharibə mərhələsindədir", - Kreml sözçüsü bildirib.

Peskov vəziyyəti narahatedici adlandırıb, bunun humanitar xarakterli potensial təhlükəli nəticələrinin olduğunu qeyd edib.

Kreml rəsmisi həmçinin terror hücumlarını və qeyri-mütənasib güc tətbiqini dayandırmağa çağırıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş