"Hər şey məxfidir və sonra prokurorluq nəyin ələ keçirildiyini açıqlayacaq"
Peru Prokurorluğunun əməkdaşları və Xüsusi İşlərin İstintaq İdarəsinin polisi ölkənin Prezidenti Dina Boluartenin iqamətgahında axtarış aparıb. AYNA xarici mediaya istinadən xəbər verir ki, bu barədə Baş nazir Qustavo Adrianz deyib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları axtarışı “Rolex” deyilən cinayət işi ilə bağlı aparıblar.
"Hər şey məxfidir və sonra prokurorluq nəyin ələ keçirildiyini açıqlayacaq", dedi prokurorlardan biri Halvi Kolçado deyib.
Binaya jurnalistlər də gəliblər. Qeyd olunur ki, prokurorluq əməkdaşları dövlət başçısının evində axtarış apardıqdan sonra iqamətgaha daxil olublar. Orada onlar üçün qapı açılmayıb, polis qapını zorla açmalı olub. Ancaq həmin vaxt Prezident evdə olmayıb.
Bundan əvvəl Baş Prokurorluq qanunsuz varlanma, eləcə də bahalı saatların bəyan edilməməsi ilə bağlı baş vermiş cinayətlə bağlı vəsatət qaldırmışdı.