Boluartenin vəzifəsindən uzaqlaşdırılması ilə bağlı 4 vəsatət baxılmaq üçün təqdim olunub
Peru Parlamenti ölkədə cinayətlərin sayının artması fonunda Prezident Dina Boluartenin impiçmentinə səs verib. AYNA.AZ TASS-a istinadən xəbər verir ki, impiçment səsverməsi keçirilib.
Bundan sonra qərar barədə Respublika Prezidentinə məlumat veriləcək ki, o şəxsən və ya vəkil vasitəsilə müdafiə hüququndan istifadə edə bilsin.
Boluartenin vəzifəsindən uzaqlaşdırılması ilə bağlı 4 vəsatət baxılmaq üçün təqdim olunub. Hamısında hökumətin cinayətlə mübarizə siyasətinin iflasa uğradığını bildirilib.