Peres klub üzvlərinin referendumu dəstəkləyib-dəstəkləməməsindən asılı olmayaraq, seçkinin nizamlı şəkildə keçməsini istəyir
Florentino Peres 2026-cı ildə İspaniya futbol klubu "Real Madrid"in prezidenti vəzifəsindən istefa vermək qərarına gəlib. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, jurnalist Pepe Alvarez bu barədə sosial media səhifəsində yazıb.
Perez 2025-ci ilin yanvar ayında yenidən "Real Madrid" prezidenti seçilib. Onun səlahiyyət müddəti 2028-ci ildə başa çatır. Mənbənin məlumatına görə, Peres klub üzvlərinin referendumu dəstəkləyib-dəstəkləməməsindən asılı olmayaraq, seçkinin nizamlı şəkildə keçməsini istəyir.
78 yaşlı Peres ilk dəfə 2000-ci ildə "Real Madrid"in prezidenti olub və altı il müddətinə bu vəzifəni yerinə yetirib. 2009-cu ildə alternativsiz yeni müddətə seçilib. Onun vəzifədə olduğu müddətdə klub yeddi dəfə Çempionlar Liqasını, İspaniya Çempionatını və İspaniya Super Kubokunu, altı dəfə UEFA Super Kubokunu, beş dəfə FİFA Klublararası Dünya Kubokunu, üç dəfə İspaniya Kubokunu və iki dəfə Qitələrarası Kuboku qazanıb.