Pentaqondan Türkiyə ilə bağlı açıqlama

Dünya

25.12.2023 - 12:33

cedabet dərman SEO Xidməti

“Türkiyənin F-16 alması NATO ilə qarşılıqlı əlaqəni gücləndirəcək”

Türkiyə F-16 qırıcı təyyarələrinin alınması ilə öz hərbi imkanlarını modernləşdirə və NATO ilə qarşılıqlı fəaliyyət qabiliyyətini gücləndirə biləcək. AYNA xəbər verir ki, bu barədə Pentaqonun sözçüsü Patrik Rayder deyib.

Rayder qeyd edib ki, Ankaranın NATO ilə qarşılıqlı fəaliyyət qabiliyyətini gücləndirməsi müttəfiq qüvvələrə stabil şəraitdə, eləcə də fövqəladə vəziyyətlərdə əməliyyatları dəstəkləmək üçün əsas ərazilərə çıxış əldə etməyə imkan verəcək.

Qeyd edək ki, bundan əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan F-16-ların tədarükü ilə bağlı dəyişikliklərin İsveçin NATO-ya müraciətinə baxılmasına təsir edəcəyini bildirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş