Əvvəl məxfi məlumatlara çıxışı olan əməkdaşların sayı min nəfərə yaxın olub
Pentaqon kəşfiyyat xidmətlərinə aid məlumatların internetə sızmasından sonra məxfi sənədlərə çıxışı olan əməkdaşların bir hissəsini ixtisar edib.
AYNA xarici mediaya istinadən bildirir ki, bu addım aprelin 7-dən sonra atılıb. Buna qədər məxfi məlumatlara çıxışı olan əməkdaşların sayı min nəfərə yaxın olub. Bildirilir ki, bu sayı yarıdan çox azaldılıb.
Qeyd edək ki, aprelin 7-də Ukrayna ordusunun əks-hücum hazırlığı, hava hücumundan müdafiə sistemlərinin düzülüşü, Kiyevə silah tədarükü və qoşunların sayı barədə məlumatlar “Twitter” və “Telegram” şəbəkələrinə yayılıb. ABŞ Ədliyyə Nazirliyi və Pentaqon Vaşinqtonun və NATO-nun Ukraynaya dair planlarına aid məxfi sənədlərin sızması ilə bağlı təhqiqata başlayıb.