Bayden isə Donald Tramp üzərində qələbə qazanacağına əmin olduğunu bildirib
ABŞ Konqresinin Nümayəndələr Palatasının keçmiş sədri və Demokratik Azlıqların lideri Nensi Pelosi hazırkı Amerika lideri Co Baydenə zəng edərək ondan prezident seçkilərindən geri çəkilməsini istəyib. AYNA xəbər verir ki, bu barədə CNN yüksək rütbəli Amerika rəsmilərinə istinadən məlumat yayıb.
Kanalın həmsöhbətləri qeyd ediblər ki, Pelosi ilə söhbətində Bayden Respublikaçılar Partiyasının namizədi Donald Tramp üzərində qələbə qazanacağına əmin olduğunu bildirib.
Ağ Ev Pelosi və Bayden arasında telefon danışığı barədə rəsmi məlumat yaymayıb, lakin Amerika liderinin “qalib gəlməyi planlaşdırdığını və Konqresdəki demokratlarla əməkdaşlıq etməyi gözlədiyini” vurğulayıb.
Pelosinin sözçüsü də bu söhbətin olub-olmadığını təsdiqləməyib.
Bundan əvvəl məlum olmuşdu ki, Pelosi və ABŞ-ın keçmiş Prezidenti Barak Obama özəl olaraq Baydenin ikinci müddətə yenidən seçilmək qabiliyyətinə şübhələrini ifadə ediblər.