Paytaxt sakinlərinin diqqətinə!

Xəbərlər

17.04.2020 - 10:59

Həkimlər Klinikalar SEO Xidməti

Şəhərin 150-dən artıq əsas küçə və prospektində dezinfeksiya işləri aparılacaq

 

Aprelin 18-də Bakının əsas küçə və prospektləri dezinfeksiya ediləcək. Bu barədə AYNA-ya paytaxtın kommunal strukturlarından məlumat daxil olub.

 

Belə ki, hərəkətin intensivliyinə və sıxlığına uyğun olaraq mütəxəssislərin tövsiyələri əsasında seçilən, şəhər əhəmiyyətli 150-dən artıq əsas küçə və prospektlərdə xüsusi kimyəvi maddələrlə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq.

 

Bununla əlaqədar sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixdə küçəyə çıxmamaq xahiş olunur.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş