Bakıda yenə yanğın həyəcanı

Hadisə

23.08.2019 - 13:19

Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvə və vasitələri hadisə yerinə cəlb olunub

 

Bakıda yanğın başlayıb. Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Suraxanı rayonunun Yeni Ramana qəsəbəsinin ərazisində quru ot və kol-kos yanır.

 

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən AYNA-ya verilən məlumata görə, Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvə və vasitələri hadisə yerinə cəlb olunub. Yanğınsöndürmə işləri davam etdirilir.

 

Qeyd edək ki, bir neçə gündür Respublikanın müxtəlif bölgələrində ərazi yanğınları meydana çıxıb. Bundan başqa, dünən paytaxtın taxta bazarında güclü yanğın baş verib.

Müəllif: Ayna.az