Qurultayda partiyanın yeni proqramı qəbul ediləcək
Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” Partiyası sentyabrın 20-də VII qurultayını keçirəcək və burada partiyanın yeni proqramı qəbul ediləcək.
AYNA.AZ erməni mediasına istinadən bildirir ki, bu barədə partiyanın lideri, ölkənin Baş naziri Nikol Paşinyan sosial şəbəkədə yazıb.
"Biz qurultaya hazırlaşırıq", - Baş nazir bildirib.
Qurultayın gündəliyində duran əsas məsələlərdən biri partiyanın yeni proqramının qəbulu olacaq.
Paşinyan həmçinin sosial şəbəkədə partiya nizamnaməsinin yeni redaksiyasının layihəsini, yeni proqramın layihəsini və qarşıdan gələn qurultayın gündəliyini dərc edib.