Paşinyan: “TRIPP-in təməl işlərinə 2026-cı ildə başlayacağıq”

Aktual

22.04.2026 - 17:06

Baş nazir layihənin və dəmir yolunun yenidən qurulmasının başlandığını elan edib

Ermənistanın Baş naziri Nikol Paşinyan TRIPP layihəsi üzərində işlərin 2026-cı ildə başlayacağına əmindir. AYNa.AZ-ın “Armenpress”ə istinadən məlumatına görə, Paşinyan bu açıqlamanı hakim “Vətəndaş Müqaviləsi” Partiyasının seçki platformasını təqdim edərkən verib.

"Əminəm ki, təməl işlərinə 2026-cı ildə başlayacağıq. Hesablamalarıma görə, elektrik xətləri ən tez işə düşəcək. Bu layihə həmçinin bir çox iş yeri yaradacaq və ümid edirəm ki, Ermənistan vətəndaşları üçün iş yerləri təmin edəcəyik. Və şirkətlər digər ölkələrdən işçi qüvvəsi cəlb etmək məcburiyyətində qalmayacaqlar", - deyə Paşinyan bildirib.

O Gümrü-Türkiyə sərhədi və Yerasx-Naxçıvan sərhədi dəmir yolu hissələrinin yenidən qurulmasının çox tez, 1-1,5 il ərzində başa çatacağına əminlik ifadə edib.

“Vətəndaş Müqaviləsi”nin seçki platformasının "İqtisadi İnkişaf" bölməsindəki məqamlardan biri ən azı, dəmir yolu və elektrik ötürücü infrastrukturunun işə salınması da daxil olmaqla, TRIPP (Tramp Beynəlxalq Sülh və Rifaha Doğru Yolu) investisiya layihəsinin işə salınması ilə bağlıdır.

Bu bölmədə həmçinin Gümrü-Türkiyə və Yerasx-Naxçıvan dəmir yolu hissələrinin yenidən qurulmasından da bəhs olunur.

Qeyd olunur ki, TRIPP (Zəngəzur dəhlizi) layihəsinin həyata keçirilməsi və Gümrü-Qars dəmir yolunun işə salınması da daxil olmaqla, regionun nəqliyyat infrastrukturunun tam şəkildə açılması regionda sülhü və əməkdaşlığı daha da gücləndirməklə yanaşı, onu şərq-qərb və şimal-cənub nəqliyyat şəbəkələrinin mühüm mərkəzinə çevirəcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş