"Əminəm ki, bu səfər baş tutanda münasibətlərimizin artıq yeni səviyyəyə çatdığını deyə biləcəyik”
Ermənistanın Baş naziri Nikol Paşinyan Qazaxıstan Prezidenti Kasım-Comart Tokayevi Ermənistana dövlət səfərinə dəvət edib. AYNA.AZ-ın “Armenpress”ə istinadən məlumatına görə, Paşinyan bu açıqlamanı Astanada Tokayevlə görüşündən sonra keçirilən mətbuat konfransında verib.
"Əminəm ki, bu səfər baş tutanda münasibətlərimizin artıq yeni səviyyəyə çatdığını deyə biləcəyik. Yeni bir gündəm formalaşdırmaq və onu fəal şəkildə həyata keçirmək üçün fürsətimiz və məkanımız olacaq", - deyə Paşinyan bildirib.