Ermənistan və Fransa rəhbərləri Cənubi Qafqaz regionundakı mövcud vəziyyətə toxunublar
Ermənistanın Baş naziri Nikol Paşinyanla Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı olub. AYNA erməni mediasına istinadən bildirir ki, bu barədə Baş nazirin ofisi məlumat yayıb.
Qeyd edilib ki, həmsöhbətlər Cənubi Qafqaz regionundakı mövcud vəziyyətə toxunublar.
Paşinyan Laçın yolu ilə bağlı son vəziyyət, Qarabağdakı “humanitar böhran” haqqında Makrona fikirlərini bildirib.
“Həmsöhbətlər regionda sabitliyin və sülhün təmin edilməsi üçün ardıcıl səylərin vacibliyini vurğulayıblar”, - deyə məlumatda qeyd edilib.