Paşinyan: “KTMT Ermənistanı tərk edir”

Dünya

14.03.2023 - 14:37

cedabet dərman SEO Xidməti

“KTMT Ermənistandan çıxır və bu, bizi narahat edir”

“KTMT Ermənistanı istəsə də, istəməsə də tərk edir”. AYNA erməni mediasına istinadən bildirir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün keçirdiyi mətbuat konfransında deyib.

Paşinyan bu vəziyyətin İrəvanı narahat etdiyini söyləyib.

“Ermənistanın təhlükəsizliyinə təhdid hansısa formada artarsa, Ermənistan KTMT baş katibinin müavini vəzifəsinə razılıq verəcək”, - Paşinyan əlavə edib.

Xatırladaq ki, martın 10-da Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibinin müavini vəzifəsindən imtina edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş