“Ermənistan Azərbaycanla sülh sazişi imzalamaq yolunda heç bir fürsəti əldən vermir”
“İrəvan və Bakı sülh sazişini imzalamazdan əvvəl paraflaya bilər”. AYNA.AZ erməni mediasına istinadən xəbər verir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan mətbuat konfransı zamanı deyib.
“Bəli, belə bir fikir var. Belə bir fikir masanın üstündədir”, deyə qeyd edib.
Onun sözlərinə görə, “Ermənistan Azərbaycanla sülh sazişi imzalamaq yolunda heç bir fürsəti əldən vermir”.