Rəsmi Ankaradan Yerevana növbəti çağırış edilib

Aktual

29.09.2020 - 17:57

Türkiyənin XİN başçısı: “Azərbaycanı haqq işində dəstəkləyəcəyik”

 

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Ermənistana qoşunlarını işğal altındakı Azərbaycan ərazilərindən çıxarmağa çağırıb. AYNA xəbər verir ki, bu barədə nazir “Twitter” hesabında yazıb.

 

Çavuşoğlu qeyd edib ki, rəsmi Ankara hər zamankı kimi, bundan sonra da Azərbaycanı haqq işində dəstəkləyəcək.

 

XİN başçısı Azərbaycanın diplomatik nümayəndəliyinin olmadığı ölkələrdə Türkiyənin rəsmi Bakının təmsilçisi kimi fəaliyyət göstərəcəyini qeyd edib.

Müəllif: Ayna.az