Rusiya Qarabağda səyyar hospital hazırladı - <font color=red> FOTOLAR</font>

Aktual

30.11.2020 - 11:57

Modul xəstəxanada sülhməramlı kontingentə xidmət göstəriləcək

 

Rusiyanın Müdafiə Nazirliyi Qarabağda hərbi səhra hospitalı hazırlayıb. Bu barədə AYNA “RİA Novosti”yə istinadən xəbər verir.

 

Tibbi bölmənin müdiri Yaroslav İvanov jurnalistlərə deyib ki, modul tipli səhra xəstəxanasının hazırlanması işi artıq başa çatıb. Onun sözlərinə görə, ilk növbədə Rusiya hərbçilərindən ibarət sülhməramlı kontingentə tibbi xidmət göstəriləcək. Bununla yanaşı, İvanov mülki əhaliyə də yardım göstərməyə hazır olduqlarını əlavə edib.

 

İvanov deyib ki, səyyar xəstəxanada reanimasiya şöbəsi, funksional diaqnostika, laboratoriya diaqnostikası, əməliyyat otağı, stomatoloji kabinet və oftalmoloq kabineti fəaliyyət göstərir. Həmçinin, ventilyatorlar, ultrasəs və rentgen aparatları da mövcuddur.

 

Qeyd edək ki, 10 noyabrda Rusiya, Azərbaycan və Ermənistan liderləri Qarabağdakı hərbi əməliyyatların dayandırılmasını nəzərdə tutan birgə bəyanat qəbul ediblər. Bəyanatda Rusiya sülhməramlılarının bölgəyə gəlməsi razılaşdırılıb.

Müəllif: Ayna.az