“Nə müstəqillik, nə status! Qarabağ Azərbaycandır!” – <font color=red> Aleksandr Sıtin</font>

Aktual

22.12.2020 - 21:56

Ermənistan “DQR”-in tanınması üçün cəhdlər göstərəcək, amma razılıq ala bilməyəcək

 

Ermənistanın yeni xarici işlər naziri Ara Ayvazyan İrəvan tərəfindən “Dağlıq Qarabağ”ın “müstəqilliyinin” tanınması ehtimalına münasibət bildirib. Onun sözlərinə görə, Azərbaycan Qarabağın öz statusunun müəyyənləşdirilməsinə dair danışıqlara razı olmadığı təqdirdə, Ermənistan “DQR”-i bir dövlət kimi tanıma prosesinə başlaya bilər.

 

Erməni nazir bunu Fransanın “Le Monde” nəşrinə verdiyi müsahibəsində deyib. O, Ermənistanın Qarabağın “müstəqilliyini” yalnız məsələni danışıqlar yolu ilə həll etmək imkanı vermək üçün tanımadığını söyləyib.

 

Ayvazyan indi düz danışır? O deyir: “İndi bir çoxları hərbi güc tətbiq etməklə Artsaxın statusu məsələsinin gündəmdən çıxarıldığını düşünərək səhv edirlər. Bu baxımdan Minsk Qrupunun həmsədrləri Qarabağın statusu məsələsinin danışıqların gündəliyində qaldığını təsdiqlədilər. Azərbaycan bu məsələ ilə bağlı razılığa gəlməsə, Ermənistan Artsax Respublikasının tanınması prosesinə baxacaq”.

 

Bütün bunlar çox təmtəraqlı səslənir, bəs, sabah rəsmi Bakı Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa olunduğunu və bütün Dağlıq Qarabağı ayrılmaz hissəsi hesab etdiyini əsas gətirərək, ATƏT-in Minsk Qrupunun himayəsindəki status barədə danışıqlardan imtina etsə, nə olacaq? İrəvanın “DQR”-i bu cür şəraitdə tanımağa cəsarət edə biləcəyi nə qədər realdır? Bu cür tanınmanın Ermənistan üçün nəticələri nədir?

 

AYNA-nın suallarını tanınmış əcnəbi ekspertlər cavablandırıblar.

 

Rusiyalı politoloq və publisist, tarix elmləri doktoru, “North&Eastern Europe Research Political Center”-in rəhbəri Aleksandr Sıtin:

Aleksandr Sıtin:

“Ermənistan artıq heç nədən çəkinmir, çünki Rusiyanın onu heç kimin ayağına verməyəcyini başa düşüb. Ermənistan xarici işlər naziri Kremldən göndərilən notlarla oxuyur. Qarabağın statusa sahib olması barədə ilk kim danışdı? - Moskva. Rusiya Qarabağı ikinci Donbasa çevirməyə və Azərbaycanın NATO-ya daxil olması məsələsini müzakirə etməyə imkan verməyən ərazi münaqişəsinə səbəb olacaq bir vəziyyət yaratmağa çalışır.

 

Geopolitik maraqlara əsaslanan hərbi regional bloklar yaratmağın və sonra bu blokların NATO-ya yönləndirilməsinin, bir növ blokun patronajı altında super ittifaqın inteqrasiya məsələsini qaldırmağın vaxtı gəldi. Ümumiyyətlə, Qarabağ üçün status olmamalıdır! Qarabağ Azərbaycandır!”

 

Almaniyalı professor, “Welt Trends” Beynəlxalq Siyasət İnstitutunun direktoru Aleksandr Rar:

Александр Рар: «Азербайджан привлек на свою сторону многих европейских  политиков» - эксклюзив — Haqqin

“Aşağıdakı vəziyyəti görürəm: Putinin özü bir neçə dəfə rəsmi olaraq “Ermənistan Dağlıq Qarabağın müstəqilliyini vaxtında tanısaydı, vəziyyət başqa cür inkişaf edə bilərdi” söylədi. Düzdür, necə olduğunu demədi - o zaman Rusiya Ermənistanı müdafiə edəcək və ya bundan sonra Ermənistanın Dağlıq Qarabağ uğrunda mübarizə aparmaq üçün daha əsaslı haqqı olduğunu düşünəcəkdi? Ətraflı məlumat vermədi. Lakin, hər halda, o, ermənilərin özlərinə daha çox müdafiəyə sahib olmaq üçün Dağlıq Qarabağı tanımalı olduqlarına eyham vurdu.

 

Düşünürəm ki, indi bu, baş verir. Həqiqətən də, Ermənistan rəhbərliyi Dağlıq Qarabağın bir dövlət kimi müstəqilliyini tanımağı düşünür, həqiqətən, indi də qismən Ermənistanın nəzarəti altında olan ərazinin nə vaxtsa hansısa statusa bənzər bir şeyə güvənə biləcəyinə ümid edir.

 

Bunu söyləyərək, çox vacib bir şey əlavə etməliyəm. Dərindən əminəm ki, indi heç kim Ermənistanın Dağlıq Qarabağı müstəqil bir dövlət kimi tanımasına imkanı verməz. Çünki indi hamı üçün - həm Rusiya, həm də Türkiyə və əlbəttə Qərb üçün (vəziyyəti izləyən) bu problemli zonada müharibənin yenidən başlamaması vacibdir. Sülhməramlı prosesin tam həyata keçirilməsi önəmlidir - bu da Rusiya üçün çox faydalıdır. Çünki bu vəziyyətdə postsovet məkanında barışıqda Moskva böyük rol oynayacaq.

 

Bu səbəbdən təkcə Ermənistanın belə bir təşəbbüs göstərərək Dağlıq Qarabağın müstəqilliyini tanıyacağına şübhə edirəm. Məsləhətləşəcək, amma bunun üçün razılıq ala bilməyəcək”. 

Müəllif: Rauf Orucov