Paşinyan İlham Əliyevlə görüşə hazırdır

Xəbərlər

04.10.2021 - 03:49

Həkimlər Klinikalar SEO Xidməti

Ermənistanın Baş naziri bu barədə erməni icması ilə görüşündə açıqlayıb

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevlə görüşə hazır olduğunu açıqlayıb.

AYNA erməni mediasına istinadən bildirir ki, Paşinyan bu barədə Litvanın paytaxtı Vilnüsdə erməni icmasının nümayəndələri ilə görüşündə deyib.

Qeyd edək ki, bundan əvvəl Azərbaycan Prezidenti İspaniyanın EFE agentliyinə müsahibəsində Ermənistanın Baş naziri ilə görüşə hazır olduğunu açıqlamışdı.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş