“Ancaq bu, hər şeyin o qədər də sadə olmadığı hallardan biridir”
“Ermənistanla İran arasında dərin əlaqələr və münasibətlər var. Ermənistan bu münasibətlərə sadiq qalacaq”. AYNA “Armenpress”ə istinadən bildirir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan Münhen və ətraf ərazilərin erməni icmasının nümayəndələri ilə görüşündə deyib.
“İran İslam Respublikası ilə əlaqələrimiz kifayət qədər dərindir və biz bu əlaqələrə sadiq qalırıq. Ancaq bu, hər şeyin o qədər də sadə olmadığı hallardan biridir. İranla yaxşı münasibətlərimiz bəzi yerlərdə gərginliyə səbəb olur. Məsələn, digər ölkələrlə yaxşı münasibətlərimiz İranda gərginliyə səbəb olur”, - Paşinyan qeyd edib.