Paşinyan: "Ermənistana hücum Rusiyaya hücum deməkdir"

Dünya

18.04.2021 - 12:19

Həkimlər Klinikalar SEO Xidməti

“Son müharibə zamanı Rusiya Ermənistan qarşısında bütün öhdəliklərini yerinə yetirdi”

 

“Ermənistan və “Artsaxın” (Qarabağın) təhlükəsizliyi Ermənistan-Rusiya strateji ittifaqına əsaslanır”. AYNA erməni mediasına istinadən xəbər verir ki, bu sözləri Ermənistanın Baş nazir Nikol Paşinyan deyib.

 

Paşinyanın sözlərinə görə Ermənistan və “Artsax”ın təhlükəsizliyi Ermənistan-Rusiya strateji birliyinin tərəfdaşlığına əsaslanır: “Təhlükəsizlik sistemimizin ən vacib hissələrindən biri birləşmiş Ermənistan-Rusiya qüvvələr qrupudur. Ermənistana hücum Rusiyaya hücum deməkdir”.

 

“Rusiya sülhməramlı kontingentinin Qarabağa yerləşdirilməsi də təhlükəsizlik üçün əhəmiyyətli zəmanətdir. Son müharibə zamanı Rusiya Ermənistan qarşısında bütün öhdəliklərini yerinə yetirdi”, - Paşinyan vurğulayıb.

 

Baş nazir əlavə edib: “Ermənistan-Rusiya tərəfdaşlığı güclüdür, həmişə güclü olub və bu, davam edəcək.  Rusiya bizim müttəfiqimizdir, qardaş dövlətimizdir”.

 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş