Paşinyan Ərdoğanı İrəvana dəvət edib

Dünya

04.11.2025 - 13:36

“Türkiyə Prezidentinin Ermənistana 2026-cı ilin may ayında səfəri ehtimalı barədə şərh verməyim düzgün olmazdı”

“Türkiyə Prezidentinin Ermənistana 2026-cı ilin may ayında səfəri ehtimalı barədə şərh verməyim düzgün olmazdı. Yalnız onu rəsmi olaraq dəvət etdiyimi deyə bilərəm”. AYNA.AZ erməni mediasına istinadən bildirir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

Paşinyan bu dəvətin qəbul ediləcəyinə ümid etdiyini bildirib.

Qeyd etmək lazımdır ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Azərbaycan və Türkiyə prezidentlərinin gələn ilin yazında keçiriləcək Avropa Siyasi Birliyi sammitində iştirak etmək üçün İrəvana dəvət olunduğunu bildirib.

Türkiyə Prezident Administrasiyasından bildirilib ki, Ərdoğanın İrəvanda keçiriləcək Avropa Siyasi Birliyi sammitində iştirakı ilə bağlı hələlik konkret qərar qəbul edilməyib. Tədbirin tarixinə yaxın qərarın verilməsi gözlənilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş