Paşinyan Avrasiya İttifaqının Şura iclasına getməyəcək

Dünya

13.08.2025 - 15:55

Baş nazirin tədbirə qatılmamasının səbəbi  məzuniyyətdə olmasıdır

Ermənistanın Baş naziri Nikol Paşinyan Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzv ölkələrin Avrasiya Hökumətlərarası Şurasının avqustun 14-15-də Qırğızıstanın Çolpon-Ata şəhərində keçiriləcək iclasında iştirak etməyəcək. AYNA.AZ erməni mediasına istinadən bildirir ki, bu barədə Baş nazirin mətbuat katibi Nazeli Baqdasaryan bildirib. 

Onun sözlərinə görə, Paşinyanın tədbirə qatılmamasının səbəbi onun avqustun 12-dən 15-dək məzuniyyətdə olmasıdır.

İclasda Ermənistanı baş nazirin müavini Mher Qriqoryan təmsil edəcək. Toplantıda Aİİ çərçivəsində birja ticarətinin inkişaf proqramı, üzv dövlətlərin 2024-2026-cı illər üçün nəqliyyat siyasəti, dərman və tibbi məhsulların ümumi bazarının inkişaf konsepsiyası və digər məsələlər müzakirə ediləcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş